Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb

ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən silahlı insident nəticəsində azı dörd nəfər xəsarət alıb.

Sherg.az xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin Polis İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, naməlum şəxs Vaşinqtonun mərkəzində atəş açıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisə Ağ Evdən təxminən 1,6 kilometr məsafədə, 15-ci küçə ərazisində baş verib. Polis ərazidə təhlükəsizlik tədbirləri həyata keçirir və vətəndaşlara hadisə yerindən uzaq durmaq tövsiyə olunub.

İlkin məlumatlarda xəsarət alanların vəziyyəti barədə ətraflı məlumat verilməyib. Associated Press agentliyinin sonrakı məlumatında isə güllələnənlərin sayının beş nəfərə çatdığı bildirilib.