Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə dialoq üçün şəraiti uyğun hesab etmir.
APA “Kyiv Post”a istinadən xəbər verir ki, bunu Aİ mətbuat katibi Paula Pinho deyib.
Onun sözlərinə görə, müəyyən bir məqamda Aİ və Rusiya arasında dialoq zəruri olacaq.
“Elə bir nöqtəyə çatacağıq ki, Prezident Putinlə danışıqlar aparmağa məcbur qalacağıq. Hazırda çox iş görülür. Təəssüf ki, Prezident Putindən hər hansı bir müsbət işarə görmürük”, - Pinho qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl İtaliyanın Baş naziri Giorgia Meloni Aİ və Rusiya arasında dialoqun başlamasına çağırış edib.