Aİ Qrenlandiya məsələsini müzakirə etmək üçün növbədənkənar sammit keçirəcək

Avropa İttifaqı Şurasının növbədənkənar sammiti yanvarın 22-də Brüsseldə keçiriləcək.

APA xəbər verir ki, bu barədə “Evropeyskaya Pravda” Avropa İttifaqı Şurası Prezidenti Antonio Koştanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, sammit Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin, o cümlədən Vaşinqtonun Qrenlandiya ilə bağlı niyyətləri fonunda yaranan vəziyyətin müzakirəsinə həsr olunub.

Qeyd olunub ki, sammit Aİ-na üzv ölkələrin liderlərinin şəxsi iştirakı ilə keçiriləcək.