Aİ Rusiyadan enerji asılılığını azaltmaq üçün yol xəritəsi hazırlayır
Yusif Nəzərli
15:32 15.04.2025
Dünya
378
Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmaq məqsədi ilə mayın əvvəlində Rusiya mənşəli qalıq yanacaqlardan mərhələli imtina ilə bağlı yol xəritəsi açıqlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məsələ ilə bağlı məlumatlı şəxslərə istinadən məlumat yayıb.
Məlumata görə, yol xəritəsinin ayın birinci yarısında qəbul olunması gözlənilir. Aİ-nin planı Rusiyadan enerji idxalını azaltmaq yollarını araşdıracaq. Eyni zamanda, Avropa Komissiyasının kvotalar və ya tariflər kimi ticarətlə bağlı alətlərdən istifadəni tövsiyə etməyi nəzərdən keçirdiyi bildirilib.
Bildirilib ki, yol xəritəsindən sonra hüquqi təklif təqdim olunacaq.
Qeyd edək ki, nəzəri baxımdan Rusiyadan qaz idxalına sanksiya tətbiqi güclü hüquqi alət sayılsa da, Avropa İttifaqı bu günə qədər belə bir addımı təklif etməkdən çəkinib. Bunun səbəbi isə Macarıstan və Slovakiyanın etirazı səbəbindən bu tədbirin tələb olunan yekdilliklə dəstəklənməməsi ehtimalıdır.
2022-ci ildən etibarən əsas boru kəməri marşrutlarının əksəriyyəti bağlandıqdan sonra Rusiyadan boru kəmərləri vasitəsilə qaz təchizatı Avropanın yanacaq tələbatının 5%-dən azını təşkil etsə də, Rusiya Aİ-nin mayeləşdirilmiş təbii qaz üzrə ikinci ən böyük tədarükçüsü olaraq qalır. Keçən il idxal rekord həddə çatıb və əsas alıcılar arasında İspaniya, Fransa və Belçika yer alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət