Aktrisa şoka düşüb: “Özümü görəndə ağladım”

Albaniyalı 57 yaşlı aktrisa Anila Bişa hökumətin təqdim etdiyi süni intellekt “nazir” qalmaqalında üz və səsinin icazəsiz istifadə olunduğunu bildirərək məhkəməyə müraciət edib.

Sherg.az xəbər verir ki, aktrisa parlamentdə öz siması və səsi ilə çıxış edən rəqəmsal obrazı görəndə şoka düşdüyünü və ağladığını deyib. O, əvvəlcə yalnız dövlət xidmətləri üçün virtual köməkçi layihəsinə razılıq verdiyini bildirib.

Hökumət süni intellekt “Diella”nı sonradan dövlət satınalmalarına cavabdeh “nazir” elan edib. Bişa isə görüntüsünün siyasi məqsədlərlə istifadəsinə etiraz edərək 1 milyon avro təzminat tələb etməyə hazırlaşır.

Aktrisa lazım gələrsə işi Avropa İnsan Haqları Məhkəməsinə qədər aparacağını açıqlayıb.