Alimlər yeni virusların meydana gəlmə səbəblərini açdı
15:17 12.04.2020
Dünya
698
Beynəlxalq alimlər heyəti vəhşi təbiətdən istifadənin pandemiyaya təsir etdiyini qeyd edib.
Bu barədə "Royal Society Publishing" elmi jurnalında dərc olunan araşdırmada deyilir.
Mütəxəssislər yeni yoluxucu xəstəliklərin yaranması və yayılmasını təbiətin insanlar tərəfindən məhv edilməsi ilə əlaqələndirib. Viruslar ilk növbədə heyvanlara hücum edir, lakin onlar tez-tez mutasiya edə və insan orqanizmində həyata uyğunlaşa bilər. Yeni ölümcül virusların ortaya çıxması ovçuluq, yaşayış yerlərinin deqradasiyası və urbanizasiya nəticəsində heyvan populyasiyalarının məcburi köçürülməsi ilə əlaqədardır.
İnsanlara uyğunlaşan vəhşi heyvan virusları ilə bağlı 2013-cü ildən əvvəl yayılan məlumatları müqayisə edən alimlər epidemiyanın ən çox məməlilər tərəfindən yayıldığını müəyyən edib. Xüsusilə ev heyvanları vəhşi nümayəndələrə nisbətən insanlara səkkiz qat daha çox virus ötürür. Yarasalar, gəmiricilər və primatlarsa zoonotik infeksiyaların tipik daşıyıcıları adlandırılıb.
Urbanizasiyanın və insan fəaliyyətinin planetdəki heyvanların müxtəlifliyini azaltmasına baxmayaraq, bəzi növlər son dərəcə çoxalıb. Alimlərin fikrincə, yarasalar da onlara aiddir, onlar insan davranışlarına yaxşı uyğunlaşıblar. "Vəhşi heyvanlarla təhlükəsiz şəkildə yaşamağın yollarını tapmalıyıq, çünki onlar bütün bəşəriyyət üçün infeksiya təhlükəsi yaradır", - deyə Kaliforniya Universitetinin epidemioloqu Kristina Conson bildirib. (publika.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya