Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyada ən populyar siyasətçi olaraq qalır.
APA xəbər verir ki, bu barədə INSA institutunun Bild qəzeti üçün apardığı sorğunun nəticələrində əksini tapıb.
Məlumata görə, Almaniya kansleri Fridrix Merts 20 ən populyar siyasətçi arasında 19-cu yerə geriləyib.
Sorğuda Pistorius 51,2% dəstəklə birinci pillədə qərarlaşıb.
Daha əvvəl "Berliner Zeitung" nəşri Mertsin reytinqinin bir sıra xarici siyasət uğursuzluqları fonunda azaldığını yazmışdı.