Amerika-Çin qarşıdurmasında yeni amil: Uyğur problemi
Fidan Həmişəyeva
09:53 12.06.2020
Dünya
937
ABŞ Konqresi mayın 27-də Çinin Sincan Uyğur Muxtar Rayonu və digər ərazilərdə uyğurları, milli və dini azlıqları sıxışdırmaqda Pekini ittiham edən qanun qəbul edib. Qanun Çinin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək.
Qanun qəbuluna dəstək verən konqresmenlərdən Bred Şerman Amerikanın uyğurların tərəfində olduğunu vurğulayıb. ABŞ Çinin 1 milyondan artıq uyğur türkünü islah-əmək düşərgələrində saxladığını açıqlayıb. Vaşinqton müsəlman uyğurların Çində terrorizmlə əlaqəli olduqları ittihamı ilə repressiyalara məruz qaldığı qənaətindədir.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, ABŞ Konqresinin məlum qanunu Çində yaşayan digər azsaylı xalqları-qazaxları, qırğızları da unutmayıb. Çində onların haqları da pozulur.
Politoloq bildirib ki, yen qanuna görə Çindəki azlıqlarla bağl hər il Konqresə hesabat hazırlanmalıdır:
“Faktiki yeni qanun ABŞ-la Çin arasındakı siyasi münasibətlərin konturlarını müəyyələşdirir. Qanunun icrasına Dövlət Departamenti və Milli Kəşfiyyat İdarələri nəzarət etməlidirlər. ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu 22 may 2020-ci il tarixində, etnik müsəlman qruplarına qarşı insan hüquqları pozuntularında iştirak etdiklərinə görə 2019-cu ilin oktyabr ayında tərtib etdiyi yerləşdirilən 28 müəssisəyə daha 9 Çin şirkətini əlavə etdi. Bu şirkətlər uyğurların məcburi əməyinin istismarından istifadə edirlər. Uyğurların düşərgələrdə hazırladıqları məhsullar bu siyahıya salınan şirkətlər tərəfindən satışa çıxarılır və qazanc həmin şirkətlərə qalır. Ona görə də Amerika bu şirkətlərə qarşı sanksiya qərarı verib”.
Analitikin sözlərinə görə, Çin uyuğurlara qarşı 3 istiqamətdə mübarizə aparır:
“Birinci istiqamət radikal uyğurlarla mübarizədir. Çin onları terrorçu adlandırır və belələrini neytrallaşdırmağa çalışır. İkinci istiqamət uyğuların tarixi torpaqlarına çinlilərin köçürülməsidir. Nəticədə yerli uyğurlarla çinlilər arasında məişət zəminində tez-tez toqquşmalar baş verir. Üçüncü istiqamət uyğurları məcburi şəkildə “tərbiyə” etməkdir. Bu məqsədlə uyğular məcburi və növbəli şəkildə düşərgələrə yerləşdirilir və onların əməyi isitismar edilir. Rəsmi Pekin həmin uyğurların həmin düşərgələrə “könüllü” gəldiklərini iddia etsə də, faktlar və müşahidələr əksini göstərir. Heç kim “könüllü” şəkildə düşərgəyə gedib əməyinin istismarı olunmasını istəməz”.
E.Şahinoğlu qeyd edib ki, ABŞ Konqresinin məlum qanunu heç də Vaşinqtonun uyğulara sevgisindən irəli gəlmir:
“Sadəcə, Vaşinqton Pekini müxtəlif istiqamətlərdə sıxışdırmaq istəyir. Bu mənada Pekinin uyğurlara qarşı sərt siyasəti Vaşinqtonun Çinə qarşı siyasətini sərtləşdirməyə imkan verir. Buna baxmayaraq, rəsmi Pekinin xarici və təhlükəsizlik siyasətini aqressivləşdirməsi beynəlxalq birliyin uyğurların porblemlərinə diqqətin artırılmasına səbəb olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı
Peruda ilk dəfə qadın prezident seçildi
15:24 30.06.2026
Ekologiya
Yeni peşə təhsili ixtisasları yaradılıb
15:11 30.06.2026
Elm və Təhsil
Daha 6 itkin-şəhid dəfn olunacaq
15:04 30.06.2026
Hərbi