Amerikalıların bu ölkəyə girişi qadağan edildi

Niger ABŞ vətəndaşları üçün vizaları qadağan etmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Nigerin dövlət agentliyi (NAP) diplomatik mənbələrə istinadla məlumat yayıb.

Agentliyin mənbəsinin bildirdiyinə görə, Niger bu həftə bütün ABŞ vətəndaşlarına viza verilməsini tamamilə dayandırıb və həmin ölkənin vətəndaşlarının ərazisinə girişini birdəfəlik qadağan edib.

Qərarın qarşılıqlı siyasətə əsaslandığı və ABŞ-nin Nigeri vətəndaşlarının artıq viza almaq hüququ olmayan ölkə kimi təsnif etmək qərarından sonra qəbul edildiyi deyilir.