“Amerikanın Azərbaycana münasibəti dəyişməyəcək” – ŞƏRH
Fidan Həmişəyeva
11:42 11.11.2020
Dünya
1062
“Əksini müşahidə etsək, bu, ABŞ üçün xoş nəticələrə gətirib çıxarmayacaq”
“Çünki Azərbaycanı Qərb dünyasından itələmək, onun dolayısı ilə digər mərkəzlərə yaxınlaşmasına rəvac verə bilər”
“Bunu nə ABŞ, nə də onun müttəfiqi olan NATO ölkələri istəyir”
ABŞ-da keçirilmiş 59-cu prezident seçkilərinin ilkin nəticələrinə əsasən, hazırkı dövlət başçısı, respublikaçı Donald Tramp öz postunu qoruya bilməyib. Demokratların namizədi Co Bayden Seçkiçilər Kollegiyasının 290 səsini qazanıb. Qələbə üçün isə 270 səs kifayət edirdi. Tramp 214 seçkiçinin səsini qazana bilib.
Səslərin hesablanması Corciya və Şimali Karolinada hələ başa çatmayıb. Lakin Tramp hətta bu ştatların hər ikisində qalib gəlsə belə, o, seçkiçilərin 270 səsini qazana bilməyəcək. Buna görə CNN artıq Baydenin qələbəsini elan edib və onu ABŞ-ın seçilmiş 46-cı Prezidenti adlandırıb. Beləliklə Bayden özünü ABŞ-ın yeni seçilmiş rəhbəri elan edib. Xarici siyasətlə bağlı həm Bayden, həm də Trampın açıqladığı fikirlər dünyanın ayrı-ayrı bölgələri üçün mühüm əhəmiyyət kəsb edir.
Maraqlıdır, Baydenin Cənubi Qafqaz regionu ilə bağlı siyasəti necə olacaq?
Sualımızı cavablandıran politoloq Natiq Mirinin fikrincə, Qafqaz bütün güc mərkəzləri üçün strateji bir bölgə sayılıb. Analitik qeyd edib ki, ABŞ kimi hegemon bir ölkədə xarici siyasət prioritetlərini adətən prezidentlər müəyyən etmir:
“Cənubi Qafqaz strateji bölgədir, ona görə də ABŞ-ın burada ciddi geosiyasi maraqları olduğu üçün Qafqaza münasibət əvvəlki kimi həssas olacaq. Bu konteksdə ABŞ prezidentinin kim olmasından asılı olmayaraq, həmin şəxs Azərbaycanla normal səviyyədə əməkdaşlığı üstün tutacaq. Çünki Azərbaycan bölgənin, xüsusilə Cənubi Qafqazın ən strateji, güclü və əhəmiyyətli bir ölkəsidir”.
N.Miri vurğulayıb ki, ABŞ-ın Azərbaycanla münasibətləri korlaması, onlar üçün böyük geosiyasi itkilərə səbəb ola bilər:
“Çünki hələ də Qafqaz bölgəsini özünün “arxa bağça”sı hesab edən Rusiya kimi böyük nüvə ölkəsi var. Əslində Qarabağ cəbhəsində baş verən proseslər də müəyyən mənada bunun bariz nümunəsidir. Düşünürəm ki, Baydenin prezident seçilməsi və “Soros” maliyyə şəbəkəsinin təmsilçisi kimi Qarabağla bağlı prosesdə iştirak edib-etməməsi nəyisə dəyişdirməyəcək. Azərbaycan yenə də güclü statusa malik olmaqda davam edəcək”.
Politoloqun sözlərinə görə, hərbi uğurlar nəticəsində ölkəmizin mövqeyi regional və qlobal səviyyədə daha da möhkəmləndi:
“Artıq Azərbaycan bir çox regional məsələlərdə söz sahibinə çevriləcək. Ona görə də Baydenin prezident olması Azərbaycana münasibəti ciddi mənada dəyişdirməyəcək. Əksini müşahidə etsək, bu, ABŞ üçün xoş nəticələrə gətirib çıxarmayacaq. Çünki Azərbaycanı Qərb dünyasından itələmək, onun dolayısı ilə digər mərkəzlərə yaxınlaşmasına rəvac verə bilər. Bunu nə ABŞ, nə də onun müttəfiqi olan NATO ölkələri istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət