
Analitik: Mayoti adasında əsl genosid mühiti yaradılıb
Yusif Nəzərli
00:27 24.12.2024
Dünya
547
Yerli əhali sözün həqiqi mənasında Makronun "gözünü töküb"
Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə son müsahibəsində Fransa dövlətinin Azərbaycana qarşı düşmənçilik siyasəti yürütdüyünü, ümumiyyətlə, Fransanın müstəmləkəçi, neokolonist bir ölkə olduğunu bir daha qətiyyətli şəkildə dünya ictimaiyyətinə çatdırdı. Dövlət başçısı vurğulayıb ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil:
"Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir". Ölkə rəhbəri Fransanın hələ də müstəmləkəçilik siyasətini davam etdirdiyini söyləyib: "Avropanın mərkəzində - Korsikada onlar (Fransa - red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?".
Siyasi şərhçi Aydın Quliyev "Sherg.az"a deyib ki, Fransanın hələ də müstəmləkə əsarətində saxladığı qaradərili Mayoti adasında əsl genosid mühiti yaradılıb. 100 minlərlə insan aclıq və susuzluq çəkir. İşıq, qida və içməli su aylardır ki, yoxdur. Ekspert bildirib ki, Fransa Prezidenti E.Makron özü adaya uçub və yerli əhali sözün həqiqi mənasında Makronun "gözünü töküb", "Bu hansı ədalətdir" deyə üstünə bağırıblar:

"Fransa 1978-ci ildən bu yana adanı qanunsuz müstəmləkə əsarətində saxlamaq, xalqın haqlı tələbinə zidd olaraq onlara azadlıq verməmək bir yana, üstəlik, genosid mühiti yaradıb.1978-ci ildə BMT Afrikanın Qəmər adalarının Fransadan müstəqillik haqqı barədə qətnamə çıxarsa da, Fransa həmin adalardan biri olan Mayotini hələ də əsarətdə saxlamaqdadır. Adını da qoyublar ki, guya bu adanın xristian əhalisi üçün müsəlmanlardan "təhlükə" var. Absurddur. Daha absurd odur ki, 2020-23-cü illərdə keçmiş "Dağlıq Qarabağ"da ermənilərin suyu, işığı, ərzağı, hər şeyləri yerində olduğu halda dünya, Avropa parlamenti, elə bu Makronun özü "özlərini cırıb tökürdülər ki, Azərbaycan Qarabağ ermənilərinə "genosid mühiti" yaradıb. Harada genosid var? Mayotidə, ya Qarabağda? Hətta Avropanın "Evronyus" televiziyası da Mayotidəki genosid mühitini gizlətmir. Xalqın az qala barmaqlarını Makronun gözlərinə soxa-soxa etiraz etmələrini bu gün dünyaya yayır. Mayoti xalqı düz deyir, hardadır ədalət?..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual