
Analitik: Pakistanda ciddi humanitar böhran yarana bilər
Yusif Nəzərli
23:12 29.04.2025
Dünya
395
Hindistanın İndus çay sistemini tamamilə ələ keçirməsi 2 böyük riski özündə gətirəcək
Cammu və Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin həlak olduğu terror aktından sonra rəsmi Dehli Pakistan səfirliyinin müdafiə, hərbi dəniz və hərbi hava qüvvələri üzrə məsləhətçilərini "persona non-qrata" elan edib. Rəsmi Dehli həmçinin Pakistanla sərhəddəki əsas "Atari" keçid məntəqəsini də bağlayıb. Buna cavab olaraq Pakistan öz ordusunu yüksək döyüş hazırlığına gətirib. Qeyd edək ki, baş vermiş hadisəyə görə məsuliyyəti "Kəsmiş Dirənişi" adlı yerli militan qrupu öz üzərinə götürüb. Ancaq Hindistan tərəfi hadisəyə görə Pakistanda olan "Lashkare Taiba" və "Hizbul Mücahiddin" kimi islamçı qrupları ittiham edir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Hindistan bu qruplara qarşı əməliyyat keçirmək adı ilə Pakistana müdaxilə etməyə hazırlaşır. Ekspert vurğulayıb ki, rəsmi Dehlinin bu varianta əl atacağını Pakistanla diplomatik münasibətləri kəsməsi, 1960-cı ildən bəri qüvvədə olan İndus Su Anlaşmasını ləğv etməsi də göstərir:

"Bu anlaşmanın ləğv edilməsi məsələnin əsl mahiyyətini də üzə çıxarır. 1960-cı ildə Dünya Bankının vasitəsilə imzalanmış bu müqaviləyə görə 6 böyük çaydan ibarət olan İndus çay sistemi 2 dövlətin arasında bölüşdürülüb. Son zamanlar Hindistanın Pakistanla sərhəd bölgələrində ciddi su çatışmazlığı meydana çıxır. Hindistan öz ərazisində olan Ravi, Beas və Sutlej çaylarından istədiyi kimi istifadə edib. Hazırda quraqlıq səbəbindən bu çaylarda suyun miqdarı kəskin aşağı düşüb. Son zamanlar Hindistanın qərb vilayətlərində ciddi su çatışmazlığından əkin sahələrinin kütləvi tələf olması halları qeydə alınıb. Bu, Modi hökumətini ciddi narahat edir. Dehli İslamabaddan bu məqsədlə yardım istəyib. Pakistan hökuməti müəyyən olunmuş miqdarda istifadə ilə bağlı Hindistana icazə verib. Lakin Hindistan daxilində hərbi müdaxilə yolu ilə İndus çay sistemini tamamilə nəzarət altına alması yönündə çağırışlar səngimir. Ötən illərdə Hindistan bu çayların yaxınlığında su bəndləri və hidroelektrik stansiyalar inşa etmişdi. Dehlidən verilən açıqlamaya baxmayaraq, bu razılaşmanın təktərəfli ləğvi mümkün deyil. Çünki müqavilənin özündə bu sənədin ləğv edilməsi və etibarlılıq müddəti ilə bağlı heç bir maddə yoxdur. Eyni zamanda Dünya Bankı müqavilədə vasitəçi, BMT isə nəzarətçi kimi iştirak edir".
Analitikin fikrincə, Hindistanın İndus çay sistemini tamamilə ələ keçirməsi 2 böyük riski özündə gətirəcək:
"Birincisi, bu, Pakistanda ciddi humanitar böhran yarada bilər. Hazırda milyonlarla pakistanlı məhz bu sulardan istifadə edir. Bu hadisə humanitar böhranla bərabər Cənubi Asiyada ciddi şəkildə ekoloji problemlərin yaranmasına səbəb olacaq. İkinci ciddi problem isə odur ki, bu razılaşma BMT-nin su problemi ilə bağlı istinad etdiyi əsas hüquqi sənəddir. İndus Su Razılaşması bir çox bölgədə su məsələsinə dair dövlətlərarası mübahisələrin həllində nümunə rolunu oynayır. Müqavilənin pozulması digər ərazilərdə də su müharibələrinin başlanmasına səbəb ola bilər. Hazırda Cənubi Asiyanın 2 nüvə gücü su problemini çözmək üçün qarşı-qarşıya gəlib. Pakistan dövləti Hindistanın ədalətsiz yanaşması qarşısında özünü müdafiə etmək üçün bütün imkanlarını səfərbər edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya