
Analitik: Qəzzada qarşıdurmanın yenidən şiddətlənməsi mümkündür
Yusif Nəzərli
13:05 29.10.2025
Dünya
709
Aytən Qurbanova: Trampın bəyanatı heç də təsadüfi deyil və təəccüb yaratmır
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrailin son hava zərbələri Qəzzadakı atəşkəs razılaşmasını pozmayacaq.
Tramp bu fikri Tokiodan Cənubi Koreyaya uçarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlayıb.
O, bildirib ki, İsrail əsgərinin öldürülməsindən sonra hava hücumları həyata keçirilib və bu addımı “müvafiq cavab” adlandırıb.
“İsraillilər cavab verməlidirlər və belə hallarda bu, tamamilə təbiidir. Heç nə atəşkəsi təhlükə altına qoymayacaq”, — Tramp vurğulayıb.
ABŞ Prezidenti həmçinin HAMAS-ı “Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsi” adlandıraraq, “əgər onlar razılaşmaya əməl etsələr, yaxşı olacaq, yox əgər etməsələr — məhv ediləcəklər”, deyib.
Tramp qeyd edib ki, Qəzzada atəşkəs planının ikinci mərhələsinə keçid prosesdədir. Bu plan israilli girovların azad edilməsi və Qəzzanın bərpası kimi müddəaları özündə ehtiva edir.
Qeyd edək ki, oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin son hücumlarında ən azı 60-dan çox fələstinli, o cümlədən uşaqlar həlak olub.
Politoloq Aytən Qurbanova Sherg.az-a söyləyib ki, Trampın bəyanatı heç də təsadüfi deyil və təəccüb yaratmır:

"Çünki ilk günlərdən etibarən İsrailə münasibətdə Tramp administrasiyasının ortaya qoyduğu mövqe bəllidir. Atəşkəs razılaşmalarının pozulması və ya hər hansı formada aqressiv çıxışların müşahidə olunması fonunda İsrailə bəraət qazandıran yanaşmaların və fikirlərin səsləndirildiyini görmək mümkündür. Digər tərəfdən, HƏMAS-a qarşı təhdid xarakterli çıxışlar artıq ənənəvi hal alıb. İlk günlərdən etibarən “əgər HƏMAS atəşkəs şərtlərini pozarsa, tamamilə məhv ediləcək” məzmunlu bəyanatlar da bu istiqamətdə ciddi mesaj xarakteri daşıyır. Şarm əl-Şeyxdə əldə olunmuş razılaşma çərçivəsində Həmasın silahı yerə qoyması və Qəzzada beynəlxalq nəzarətin formalaşdırılması kimi müddəalar öz əksini tapmışdı. Lakin bu müddəaların yerinə yetirilməsi heç də asan deyil. İlk gündən ən çox mübahisə doğuran məsələ HƏMAS-ın silahı yerə qoyması və atəşin tam dayandırılması istiqamətində razılaşmaların hansı ölkənin vasitəçiliyi ilə icra ediləcəyi olub".
Analitik əlavə edib ki, hazırkı vəziyyətdə baş verən hadisələr onu göstərir ki, əvvəlki dövrlərdə Orta Şərqdə əldə olunan sülh razılaşmalarının ömrü qısa olduğu kimi, bu dəfəki atəşkəsin də uzunömürlü olmayacağı ehtimalı kifayət qədər güclüdür:
"Yaxın günlərdə bölgədə yenidən qarşıdurmanın şiddətlənməsi mümkündür. Bu şəraitdə Qəzza zolağında əldə olunmuş atəşkəsin şərtlərinin növbəti mərhələdə icra olunacağı da ciddi sual altındadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi