Analitik: Rubionun açıqlamaları həm Moskvaya, həm də Kiyevə ünvanlanmış xəbərdarlıqdır
12:55 16.09.2025
Dünya
323
“ABŞ Prezidenti Donald Tramp nə vaxtsa Rusiya-Ukrayna müharibəsində nizamlanmanın mümkün olmadığına qərar verə bilər, amma o, hələlik müharibənin sona çatması üçün səylər göstərir”.
Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“O, müharibəni bitirmək üçün mümkün olan hər şeyi etməyə çalışır. Avropadakı tərəfdaşlarımızla Ukrayna üçün təhlükəsizlik təminatları üzərində sıx işləyirik, çünki bu, danışıqlar yolu ilə həll üçün lazım olacaq. O, cəhdlərinə davam edəcək, bunun mümkün olduğuna inanır və buna nail olmaq istəyir. Nə vaxtsa prezident nizamlanmanın mümkün olmadığı qənaətinə gələ bilər. O, sadəcə bunun bitməsini istəyir”, - dövlət katibi bildirib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, ABŞ Dövlət katibinin fikirlərindən görünür ki, Ağ Ev hələ də münaqişənin həllində vasitəçilik missiyasını davam etdirir:
"Sadəcə olaraq, Rubio açıq şəkildə bildirir ki, əgər Rusiya hansısa formada güzəştə getməzsə, ABŞ bu prosesdən çəkilə bilər. Burada iki əsas məqam diqqəti cəlb edir: Bir tərəfdən, Rubio Donald Trampın mövqeyini nəzərə alaraq çıxış edir və açıq şəkildə onun sözünü qorumağa çalışır. Digər tərəfdən isə reallıqlarla barışaraq, bundan sonra edilə biləcək addımların məhdud olduğunu vurğulayır. Bu, həm Rusiya, həm də Ukrayna üçün mesaj xarakteri daşıyır. Moskvaya ünvanlanan mesaj ondan ibarətdir ki, münaqişəni yalnız səhv yolla, yəni hərbi eskalasiya ilə dayandırmaq olar. ABŞ isə Rusiyanın maraqlarını nəzərə almaqla, münaqişənin qarşısını diplomatik şəkildə bitirmək və ağırlaşdırılmış sanksiyaların tətbiqini müəyyən qədər gecikdirmək üçün vasitəçilik edə bilər. Hazırda Tramp administrasiyası da məhz bu xətti davam etdirir: nə özü sərt sanksiyalar tətbiq edir, nə də Avropa Birliyinə buna imkan verir.
Eyni zamanda bu, o deməkdir ki, əgər Kreml münaqişəni davam etdirərsə, Vaşinqton artıq vasitəçilikdən çəkiləcək. O zaman ağır sanksiyalar paketi işə düşəcək, Rusiyaya əlavə təzyiqlər artacaq. Paralel olaraq Ukraynaya silah təminatı genişləndirilə, Avropa ölkələri və ABŞ bu siyasəti daha fəal şəkildə davam etdirə bilər".
Amalitik əlavə edib ki, Rubionun sözləri Ukrayna rəhbərliyinə də bir mesajdır:
"O, bildirir ki, ABŞ hələlik vasitəçilik missiyasını davam etdirməyə hazırdır, lakin əgər Kiyev anlaşmaya getməsə, bu, olduqca çətin və təhlükəli bir prosesin başlanğıcı olacaq. Beləliklə, dövlət katibinin açıqlamaları həm Moskvaya, həm də Kiyevə ünvanlanmış xəbərdarlıq xarakteri daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm