Analitik: Salome Zurabişvili Fransanın yetirməsidir
Yusif Nəzərli
05:30 06.12.2024
Dünya
452
Onun Gürcüstanda gerçək mənada liderə, millət öndərinə çevrilmək potensialı yoxdur
"Qonşu Gürcüstanda etiraz aksiyaları davam etdikcə ən çox gündəmə gələn şəxs də məhz bu ölkənin hazırkı Prezidenti Salome Zurabişvili olur. Sanki bütün dünyanın və regionun media-piar maşını Salomenin hərəkat lideri imicinin, inqilab rəhbəri obrazının formalaşdırılmasına xidmət edir".
Bu barədə "Şərq"ə siyasi şərhçi, jurnalsit Bəybala Mirzəyev deyib.
Ekspert bildirib ki, nə qədər cəhd göstərsələr də, bu obraz bu xanıma yapışmır. Çünki Zurabişvilinin gerçək mənada liderə, millət öndərinə çevrilmək potensialı yoxdur:
"Söhbət bu siyasətçi xanımda təkcə liderlik xarizmasının olmamasından getmir. Hərçənd ki, bu da hər bir siyasətçi üçün ən vacib keyfiyyətlərdən biridir. Məsələ burasındadır ki, Salome Zurabişvili xalqın içindən çıxmayıb və heç vaxt xalqının dərdlərinə şərik olmayıb. O, Fransanın yetirməsidir. Üstəlik də vaxtilə məhz hazırda həbsdə olan sabiq Prezident Mixail Saakaşviliyə "badalaq" gəlib. İndi Gürcüstanı idarə edən hakim "Gürcü arzusu" Partiyası ilə iş birliyinə gedərək prezident seçilib. Bir sözlə, Zurabişvili indiki hakimiyyətin güclənməsində və Saakaşvilinin türmədə "çürüdülmə"sində əsas rol oynayan şəxslərdən biridir. Lakin son illərdə Zurabişvili ilə "Gürcü arzusu" arasında közərməkdə olan ixtilaflar bu gün onların yollarının ayrılmasına gətirib çıxarıb. Dekabrın 29-da səlahiyyət müddəti başa çatacaq S.Zurabişvilinin hətta qarşıda həbs olunmaq ehtimalı da var".
Analitikin qənaətincə, bu ehtimalı gözə alan S.Zurabişvili son etiraz aksiyalarının yaratdığı fürsətdən istifadə edərək "məxməri inqilab" rəhbəri obrazına girməyi qərara alıb:
"Qərbyönümlü gürcülər də bu qərarı qeyd-şərtsiz qəbul edərək onun liderliyi ilə razılaşıblar. Lakin gürcülərin bu seçimi uğursuz seçimdir. Çünki Salome Zurabişvili onları gürcü arzusuna - Avrointeqrasiyaya doğru uğurla apara biləcək şəxs deyil. "Boz" siyasətçidən inqilab rəhbəri, hərəkat lideri, xalq qəhrəmanı olmaz. Zurabişvili çox güman ki, onu dəstəkləyən gürcüləri yolun yarısında qoyub, ölkədən qaçacaq. Lakin Zurabişvilinin ötən gün "X" sosial şəbəkəsində yazdığı “Zorakılıq və repressiyanın 6-cı günü... SSRİ qayıdıb!” ifadəsi hamını düşündürməlidir. Postsovet ölkələri keçmiş SSRİ-nin yenidən qayıtmasına yol verməməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət