
Analitik: Tokayev BMT-nin yeni baş katibi ola bilər
Yusif Nəzərli
14:12 09.08.2025
Dünya
411
Lakin o, bunun üçün təşkilatın veto hüququna malik olan əsas ölkələrini razı salmalıdır
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almatıda səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreşi qəbul edib. Görüşdə Tokayev Qazaxıstanın BMT-nin fundamental prinsiplərinə çoxtərəflilik, diplomatiya və əməkdaşlığa sarsılmaz sadiqliyini bir daha təsdiqləyib. Quterreş Qazaxıstanın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və davamlı inkişaf məqsədlərinin təşviqinə verdiyi töhfəni qeyd edib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, BMT baş katibinin Qazaxıstan ziyarəti 3 əsas məqama görə önəmlidir. Ekspert vurğulayıb ki, BMT ABŞ-Çin rəqabətinin mərkəzində yerləşən və böyük perspektiv imkanları olan Mərkəzi Asiyada fəallığını artırmaqla dünya siyasətində aktivliyini göstərməyə çalışır:

"Bu, təşkilatın nüfuzunu artırmağa kömək edəcək amildir. Digər yandan Qazaxıstan da BMT ilə əməkdaşlıqda maraqlıdır. Rəsmi Astana Mərkəzi Asiyanın lider dövləti statusunu əldə saxlamaq üçün beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Qazaxıstan üçün vacib olan digər bir məsələ isə BMT kimi bitərəf beynəlxalq təşkilatlara inteqrasiyanı artırmaqla ölkənin bitərəflik statusunu möhkəmləndirməkdir. Səfərin digər bir önəmli tərəfi isə son zamanlar dünya mediasının Prezident Kasım Jomard Tokayevin adını BMT-nin yeni baş katibi olaraq tez-tez hallandırmasıdır. Tokayevin BMT-də böyük iş təcrübəsi var. Təşkilatın qərargahının baş direktoru vəzifəsində çalışaraq mərkəzi aparatın işini dərindən mənimsəyib. Silahsızlandırma üzrə beynəlxalq konfransın baş katibi olaraq BMT-nin sülhyaratma missiyasında, xüsusi nüvə silahının yayılması əleyhinə kampaniyasında yaxından iştirak edib".
Analitik xatırladıb ki, təşkilatın portuqaliyalı baş katibi Antonio Quttereşin səlahiyyət müddəti yaxın zamanda bitəcək:
"Qaydalara görə o, yenidən bu vəzifəyə namizədliyini irəli sürə bilməz. BMT-dəki zəngin iş təcrübəsi Tokayevə bu vəzifəni tutmağa imkan verir. Lakin o, bunun üçün təşkilatın veto hüququna malik olan əsas ölkələrini razı salmalıdır. Quttereşin səfərində üçüncü önəmli məsələ isə Çin və Rusiyanın son zamanlar Mərkəzi Asiyada artan gücünün qarşısının alınmasıdır. BMT hər nə qədər bitərəf təşkilat adlandırılsa da, daha çox Qərb blokunu təmsil edir. Buna görə də bu səfər aydın göstərir ki, Qərb bölgədə öz təsirini hiss etdirməyə çalışır. Bu səfər eyni zamanda türk dünyasının beynəlxalq siyasətdə artan rolunu da göstərir. Son zamanlar baş verən səfərlər və keçirilən tədbirlər göstərir ki, artıq beynəlxalq münasibətlər sisteminin ən önəmli nöqtəsi məhz türk dünyasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial