
Analitik: Trampın Panama hədəfi bəllidir
Yusif Nəzərli
22:52 06.02.2025
Dünya
544
O, həm Çinin güclənməsinin qarşısını almaq istəyir, həm də ölkəyə miqrant axını prosesini durdurmağa çalışır
ABŞ-nin yeni Dövlət katibi Marko Robio ilk xarici səfərinə Latın Amerikası ölkələrindən başlayıb. Dövlət Departamenti rəhbərinin ilk ziyarət etdiyi ölkə isə Panama olacaq. Donald Tramp hakimiyyətə gəldikdən sonra Panama kanalının ABŞ nəzarətinə keçməsi haqqında iddia qaldırılıb. Ehtimal ki, Robionun səfərində əsas müzakirə də məhz bu kanalın gələcək taleyi olacaq. Eyni zamanda Çin-Panama münasibətləri də ABŞ-ni ciddi şəkildə narahat edir. Çin şirkətləri Panamada iki böyük limana nəzarət edir. Bu ölkədən Kosta-Rikaya uzanan dəmiryolunu çəkəcək Çinin məqsədi Latın Amerikasında möhkəmlənməkdir.
Siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Tramp Panama kanalını ələ keçirməklə həm Çinin burada güclənməsinin qarşısını almaq, həm də ölkəyə miqrant axını prosesini durdurmağı hədəfləyir. Ekspert vurğulayıb ki, ABŞ-yə ən çox miqrant axını məhz Panama kanalı vasitəsilə baş tutur:

"Əgər Tramp administrasiyası kanala nəzarəti bərpa edə bilməsə, seçkilərdə əsas vədi olan miqrant probleminin həll edilməsi yarımçıq qalacaq. Panama kanalının ələ keçirilməsi Tramp üçün ABŞ cəmiyyətinə yeni əraziləri ələ keçirmək üçün də stimul yaratmaq baxımından önəmlidir. Donald Trampın ölkə ərazisini genişləndirmək fikirlərinə əks olaraq ABŞ-nin parçalanması da son günlərin ən çox müzakirə edilən mövzularından biridir. Bir müddət əvvəl ölkənin ən böyük ştatlarından biri olan Kaliforniyada müstəqillik barədə iddialar ortaya atılıb. "Kaliforniya Təşəbbüs Qrupu" qanuni şəkildə imza toplamaq üçün icazə alıb. Təşəbbüskar 2028-də ştatda ABŞ-yə qarşı etimadsızlıq referendumu təşkil etməyə və Kaliforniyanın müstəqilliyini elan etməyi düşünürlər".
Analitik xatırladıb ki, ABŞ-də zaman-zaman ştatlar bu cür fikrə düşür: "Donald Trampdan əvvəlki Prezident Co Baydenin dövründə Texas, Alyaska və Havay adaları ABŞ-dən ayrılmaq barədə təşəbbüs irəli sürüblər:
"Ancaq Kaliforniya daha fərqli yerə sahibdir. İlk növbədə bu ştat dövlətçilik tarixinə malikdir. 14 iyun 1846-cı ildə Meksikadan birtərəfli olaraq müstəqilliyini elan edən Kaliforniya 7 iyulda ABŞ donanmasının Kaliforniya sahillərinə çıxması ilə qısa zamanda süqut edib. Bununla belə, Kaliforniya digər ştatlardan fərqli olaraq bayrağında “respublika” sözü yazılan tək ştatdır. Kaliforniya ölkənin ən yüksək ümumi daxili məhsul göstəricisi olan ştatıdır. Ştat ÜDM məsələsində Böyük Britaniya ilə demək olar eynidir. Kaliforniya müstəqillik qazansa, dünyanın 10 ən böyük iqtisadiyyatından biri ola bilər. Yəni iqtisadi baxımdan ABŞ-dən ayrı olması mümkündür. Bu məsələ ABŞ-nin əsas rəqibləri Rusiya və Çinin, eləcə də son zamanlar gərginlik yaşadığı Danimarka, Kanada və həmçinin Avropa Birliyinin əlini gücləndirir. Onlar Tramp administrasiyasına qarşı məhz Kaliforniya kartından istifadə edə bilərlər. Ehtimal ki, münasibətlər gərginləşdikcə rəqibləri də ABŞ daxilindəki separatçı hərəkatlara geniş şəkildə dəstək verəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət