“Avropa Rusiya ilə dialoqa hazırlaşmalıdır, amma indi dialoq üçün doğru zaman deyil”.
Teleqraf xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antonio Koşta deyib.
“Düşünürəm ki, Avropanın Rusiya ilə danışıqlara hazırlaşması çox vacibdir, amma indi doğru zaman deyil. Prezident Donald Trampın müharibəni başa çatdırmaq səylərini dayandırmamalıyıq. İndi bu səyləri dəstəkləməliyik”, - o bildirib.
Antonio Koşta Rusiyanın qəbuledilməz tələbləri baxımından ABŞ liderinin səylərinin nəticəsiz qala biləcəyinə də inanır.