Arakan müsəlmanları çıxılmaz vəziyyətdədirlər - AKTUAL
Fidan Həmişəyeva
12:48 17.12.2020
Dünya
552
Myanmanın faktiki lideri Aung San Suu Çji vaxtilə ev həbsində olanda onun böyük beynəlxalq nüfuzu var idi. Hərbçilərin qiyamı nəticəsində O, hakimiyyətdən devrilmişdi. Uzun illər ev şəraitində ona səs verənlərin haqları uğrunda mübarizə aparırdı. Aung San Suu Çji bu mübarizəsinə görə hətta 1991-ci ildə “Demokratiya və insan hüquqları uğrunda qeyri-zorakı mübarizəsinə görə” Nobel üzrə sülh mükafatına da layiq görülüb.
Ancaq Aung San Suu Çji həbsdən çıxıb hərbçilərin icazəsiylə yenidən hakiyyətə qayıtdıqdan sonra onun “insan haqları uğrunda” mübarizəsindən əsər-əlamət qalmadı. Çünki o, ordunun Myanma ərazisində arakan müsəlmanlarının qətliamına göz yumdu, iştirak etdiyi konfranslarda hətta buna əsaslandırmağa çalışdı.
Mövzu barədə “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ-ın könhə administrasiyası arakan müsəlmanlarının durumunu bir neçə dəfə Myanma rəhbərliyi ilə müzakirə edib:
“Məsələn, sonuncu dəfə Aung San Suu Çji bu mövzunu Sinqapurda keçirilən beynəlxalq toplantıda ABŞ-ın artıq keçmiş vitse-prezidenti Mayk Penslə müzakirə edib. Görüş zamanı Mayk Pens Myanma ordusu və bəzi qanunsuz qrupların “yüz minlərlə Arakan müsəlmanını Banqladeşə getməyə məcbur etməsinin bəhanəsi olmadığını” Aung San Suu Çjiyə bildirib. San Su Çji isə bu mövzuda “fərqli fikirlərin” olduğunu və tərəflərin “bir-birlərini başa düşməyi öyrənməsinin lazım olduğunu” vurğulayıb.
Myanmadakı hərbi əməliyyatlardan və zorakılıqdan qaçaraq Banqladeşə sığınan 700 min arakan müsəlmanın 2018-ci ildə ölkələrinə geri göndəriləcəyi bildirilir. Ancaq o zaman Fransanın AFP xəbər agentliyinə müsahibə verən banqladeşli qaçqınlara cavabdeh olan Banqladeşli rəsmilər “düşərgədə görüşdüyümüz 50 ailə arasında bu şərtlərlə geri qayıtmaq istədiyini deyən olmadı. Kimsəni istəmədiyi təqdirdə geri qayıtmağa məcbur edə bilmərik” demişdilər. Qayıdışın mümkünsüzlüyü prosesin qeyri-müəyyənliyinin qaçqınlar arasında təşvişi artırmasıyla bağlı idi. BMT və insan haqqları təşkilatları Myanmada təhlükə davam edərkən insanların ölkəsinə geri qayıtmağa məcbur edilməyəcəyi barədə xəbərdarlıq etdi. Narahatlıqların başlıca səbəbi geri göndəriləcək arakan müsəlmanlarının təhlükəsizliyini təmin edəcək mexanizmin olmaması idi. Arakan müsəlmanları deyirdilər ki, onları ölümə yollayırlar. Onların ən böyük qorxusu kəndlərini yandırmaqda ittiham etdikləri buddist qruplarla bərabər yaşamağa məcburi ediləcəkləri idi. Buddist qrupların yenə ordu tərəfindən qorunacağı ehtimal olunurdu”.
Analitik bildirib ki, BBC-nin məlumatına görə, Banqladeş hökuməti arakan müsəlmanlarının bir hissəsini adada yerləşdirmək barədə planı hazırlayıb:
“Qaçqınlardan 1600 nəfəri Benqal Körfəzindəki uzaq Basan Çar adasına köçürülüb. Problem ondadır ki, adanın daşqınlara meylli olduğu deyilir və hər il adanı dağıdıcı daşqınlar vurur. Benqal körfəzi Hind okeanının şimal-şərq hissəsində yerləşir. Banqladeş rəsmiləri qaçqınlarının adaya köçürülməsinə razı olduqlarını bildiriblər. Bunun əksinə olaraq arakan müsəlmanlarının heç də hamısı uzaq adaya köçmək istəmir. BMT isə, köçürülmə prosesi haqqında az məlumatlı olduğunu açıqlayıb. Belə olan halda Banqladeşin xarici işlər naziri Əbdül Momen, Dəkkə hökumətinin heç kimi zorla ora aparmayacağını və bu mövqeyini qoruyacağını bildirib”.
E.Şahinoğlu qeyd edib ki, 3 il əvvəl öz torpaqlarında qətliama məruz qalan arakan müsəlmanları ağır vəziyyətdədirlər:
“Onlar bir tərəfdən ölkələrinə geri qayıtmağa qorxurlar, digər tərəfdən sığındıqları Banqladeşdə rahatlıq tapa bilmirlər. Problemi dərinləşdirən həm də odur ki, Myanma hökuməti Arakan müsəlmanlarını ölkənin vətəndaşı hesab etmir və onlara heç bir sosial və ya siyasi hüquq vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm
Kruiz gəmisində hantavirus yayıldı: Ölənlər var
09:19 04.05.2026
Dünya