Arakçı Qrossi ilə görüşdü, İranın mövqeyindən danışdı

İran xarici işlər naziri Abbas Arakçı ilə MAQATE direktoru Rafael Qrossi arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayılıb.

Cenevrədə keçirilən görüşdə İran-MAQATE əməkdaşlığı müzakirə edilib. Bundan əlavə, Arakçı Qrossini ABŞ-la danışıqlarda İranın mövqeyi barədə məlumatlandırıb.