Argentinalı hakim Sebastian Ramos Cənubi Amerika respublikasında insanlığa qarşı cinayətlər üzrə açılmış işlə əlaqədar Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-dən ekstradisiyası üçün sorğu imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Infobae" portalı məlumat yayıb.
Hakim hesab edir ki, Maduro şübhəli şəxs kimi dindirilmək üçün çağırılması üçün onu Argentinaya ekstradisiya etmək lazımdır.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Argentina paytaxtındakı məhkəmə Baş Prokurorluğun Maduronu axtarışa vermək tələbini təmin edib. Venesuela liderii ölkədə insan haqlarını pozmaqda ittiham olunur.