Artıq müxalifət baş qaldırır
08:46 04.02.2021
Dünya
914
Ukraynanın da, Zelenskinin də vəziyyəti ürəkaçan deyil
Ukraynanın "Həyat uğrunda müxalifət platforması" partiyası ölkə rəhbəri Vladimir Zelenskinin impiçment prosedurunu hazırlayıb.
V.Zelenskiyə qarşı hazırlanan impiçment proseduru telekanalların bağlanması qərarı ilə bağlıdır.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik və Müdafiə Şurasının "112. Ukrayna", "NewsOne (XəbərBir)" və "ZIK" telekanalları ilə bu kanalların sahibi, "Həyat uğrunda müxalifət platforması" partiyasından olan deputat Taras Kozaka qarşı 5 il müddətində sanksiya qərarını təsdiq edib.
Məlum olduğu kimi, bu kanallar müxalifətyönümlüdür və orada tez-tez müxalifət platformadan olan deputatlar çıxış edirdilər.
Kanallara qoyulan sanksiya qərarlı sənəd dərc olunduğu gündən - fevralın 2-dən qüvvəyə minib.
Nəzərə çatdıraq ki, sözügedən telekanallar kabel şəbəkəsi ilə yayımlarını dayandıraraq fəaliyyətlərin yutubda davam etdirirlər.
Ukraynada baş verən iqtidar-müxalifət qarşıdurması, eləcə də Zelenskinin impiçmantı haqqında tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı "Şərq"ə bildirib:
"Ukraynada vəziyyət keçid dövrü yaşadıqlarına görə ürəkaçan deyil. Qərb ölkələrinin dəstəyi ilə orda hakimiyyət dəyişikliyi baş verdi. Rusiya ilə də müharibə vəziyyəti yarandı. Donetsk və Luqansk vilayətində respublika şəklində ayrıca qruplar yarandı. Yəni slavyan xalqı olan Ukrayna ilə Rusiya arasında qatı düşmənçilik yarandı...
Ukraynada vəziyyət həm də ona görə gərgindir ki, rusmeyilli qüvvələr ilə qərbyönümlü qüvvələr arasında konflikt yaranıb. Qərbyönümlü tərəflər qatı millətçi ukraynalılardır. Şərqdə isə Rusiyaya meyli olan əhali dayanır. Ona görə də Ukraynada tez-tez həmin qüvvələr mitinqlər keçirirlər, lap əvvəllər gedib nazirləri otaqlarından çıxarıb özləri otururdular yerlərində.
Bu artıq demokratiya deyil, ondan istifadə hallarıdır.
Daha sonra, Ukrayna ilə Macarıstan arasında müəyyən bir problem var. Qərbdə etnik-macar azlığı yaşayır. Onların hüquqları ilə bağlı bəzi problemlər də mövcuddur. Bu baxımdan Zelenskinin vəziyyəti elə də ürəkaçan deyil".
Professor M.Zülfüqarlı deyir ki, V.Zelenskinin demokrat kimi hakimiyyətə gəlməsi ilə hazırkı hərəkəti üst-üstə düşmür: "Əgər demokrat kimi hakimiyyətə gəlib indi telekanallara məhdudiyyət qoyursa, bu artıq Zelenskinin demokratiyadan geri çəkilməsi kimi başa düşülə bilər. Çünki 4-cü hakimiyyətə hər hansı bir məhdudiyyətin qoyulması demokratiya ilə heç uyğunlaşmır.
Bu da yəqin ki, daxili vəziyyətin gərginliyindən irəli gəlir. Amma biz istəyərdik ki, Ukraynada siyasi böhran tezliklə aradan qalxsın. Rusiya ilə müharibə başa çatsın və qonşularla normal münasibət başlasın.
Ukraynada çox ciddi seçki kampaniyaları keçirilir. Həm prezident, həm də parlament seçkiləri ərəfəsidir. Yəni Zelenski güclü lider kimi yenidən seçilər, ya da bu cür fəaliyyəti ilə reytinqini salar və yerinə başqası seçilə bilər. Onlarda hazırkı vəziyyət-demokratiya keçid mərhələsindədir. Həmin ölkələrdə də həmişə çox böyük gərginliklər yaşayırlar".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil