Avropa İttifaqında avtomobil satışı 76 faiz azalıb
10:31 19.05.2020
Dünya
689
Koronavirus pandemiyası ilə əlaqədar Avropa İttifaqında (Aİ) avtomobil satışı bazarı demək olar ki, hərəkətsiz hala gəlib.
Bu ilin aprelində ötən ilin eyni ayı ilə müqayisədə Aİ ölkələrində 271 min yeni istehsal olunmuş avtomobil satılıb. Bu isə 76 faiz azalma deməkdir.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) verdiyi məlumata görə, bu azalma təşkilatın satılan avtomobillərlə bağlı apardığı statistikada indiyədək qeydə alınmış ən aşağı aylıq göstəricidir. Buna səbəb kimi pandemiya ilə əlaqədar sənaye istehsalının dayanması və satış mərkəzlərinin bağlanması göstərilib. (azərtac)
Avropada yeni istehsal olunmuş avtomobillərin satışında ən ciddi geriləmə İtaliya və İspaniyada (hər ikisində 97 faiz azalma) qeydə alınıb. Fransada dövlət qeydiyyatına alınan yeni avtomobillərin sayı ötən illə müqayisədə 88,8 faiz, Almaniyada isə 61 faiz azalıb. Artıq Aİ-yə üzv olmayan Böyük Britaniyada da ciddi geriləmə müşahidə olunub (97 faiz).
Hesabatda, həmçinin qeyd edilib ki, bu ilin əvvəlindən Aİ-də avtomobil bazarında ümumi, yəni yeni və işlənmiş avtomobillərə tələbat 40 faiz azalaraq 2,75 milyona düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual