Avropa İttifaqında mobil cihazlarla bağlı yeni qaydalar qüvvəyə minib
Yusif Nəzərli
16:37 20.06.2025
Dünya
407
Avropa İttifaqında mobil cihazlara dair ekodizayn qaydaları qüvvəyə minib.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, yeni tələblər mobil cihazların daha uzun müddət istifadə olunmasını və təmirinin asanlaşdırılmasını nəzərdə tutur. Belə ki, smartfon və planşet istehsalçıları artıq satışda olmayan modellər üçün ən azı yeddi il ərzində batareya, kamera və enerji doldurma vasitəsi kimi əsas ehtiyat hissələrini təqdim etməlidir. Ehtiyat hissələr sifariş edildikdən sonra 5-10 iş günü ərzində çatdırılmalıdır. Bundan əlavə, istehsalçılar cihazın satışdan çıxarılmasından sonra ən azı beş il ərzində təhlükəsizlik və əməliyyat sistemi yeniləmələrini təmin etməlidirlər.
Yeni qaydalara əsasən, cihazlar yalnız rəsmi emalatxanalarda deyil, həm də müstəqil ustalar və istifadəçilər tərəfindən də adi alətlərlə təmir edilə biləcək.
Qaydalar çərçivəsində yeni enerji etiketi də tətbiq olunacaq. Etiketdə cihazların enerji səmərəliliyi A-dan G-yə, təmir edilə bilmə səviyyəsi isə A-dan E-yə qədər dərəcələndiriləcək. Etiketdə batareyanın tam dolu vəziyyətdə neçə saat işlədiyini və hansı dövrə qədər ilkin tutumunun 80 faizini saxladığı da göstəriləcək. Eyni zamanda, cihazın zərbəyə davamlılığı barədə məlumat da təqdim ediləcək. Etiketlərin mağazalarda və onlayn satış platformalarında məhsulun yanında aydın görünəcək şəkildə yerləşdirilməsi məcburidir. Noutbuklar üçün bənzər etiket sisteminin 2028-ci ildən tətbiqi planlaşdırılır.
Bəzi ehtiyat hissələrin qiymətlərinin tənzimlənməməsi kimi açıq qalan məsələlərə baxmayaraq, qaydalar ətraf mühitin qorunması istiqamətində mühüm addım hesab olunur. Belə ki, yeni qaydaların tullantıların azalmasına və resurslardan səmərəli istifadəyə töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur