Avropa Komissiyası Baltikyanı ölkələrə 113 milyon avro ayırdı

Avropa Komissiyası Baltikyanı ölkələrə və Polşaya vacib infrastrukturun qorunması üçün 110 milyon avrodan çox vəsait ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Litva Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu maliyyələşdirmə Litva, Latviya və Estoniyanın elektrik şəbəkələrinin Polşa və Qərbi Avropa vasitəsilə sinxronlaşdırılması sayəsində mümkün olub.

"Biz vacib infrastruktur mühafizəsi layihələrinin maliyyələşdirilməsi üçün AK-ya müraciət etməyə davam etmək niyyətindəyik və hesab edirik ki, bu məqsədlər üçün uzunmüddətli maliyyələşdirmə aləti yaratmaq lazımdır" - məlumatda bildirilir.