Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı

Avropa Komissiyası Çinin "Shein" onlayn ticarət platformasında araşdırma başlatdığını elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qalmaqal 2025-ci ilin payızında platformada cinsi xarakterli kuklaların satışı ilə bağlı təkliflərin aşkar edilməsindən sonra yaranıb.

Rəsmi açıqlamada bildirilir ki, araşdırma Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində "Shein"in qanunsuz malların satışı, məhsul tövsiyə sistemində şəffaflıq və istifadəçilərdə asılılıq yaradan loyallıq sistemini yoxlayacaq.

Fransada qalmaqal mətbuatda yayılaraq "Shein"in fəaliyyətinin dayandırılmasına səbəb olub. Şirkət dərhal həmin məhsulları kataloqdan çıxarıb və satıcılart tərəfindən pozuntuların qarşısını almaq üçün alqoritmlər tətbiq edib.

Araşdırma, həmçinin platformanın Avropa standartlarına uyğunluğunu və istifadəçi məzmununu moderasiya etmək öhdəliklərinə əməl edib-etmədiyini də yoxlayacaq.