Avropa Komissiyası “TikTok”u bu səbəbdən ittiham edir
Yusif Nəzərli
16:35 15.05.2025
Dünya
462
Avropa Komissiyası sosial media platforması “TikTok”un Avropa İttifaqının rəqəmsal reklam qaydalarını pozduğunu bəyan edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Komissiyanın açıqlamasında “TikTok”un Aİ qanunvericiliyinin tələblərinə zidd olaraq istifadəçilərə təqdim olunan reklamlarla bağlı şəffaflıq prinsiplərinə əməl etmədiyi bildirilib. Qeyd olunub ki, şirkət indiyədək reklam elanlarına dair kifayət qədər ətraflı və funksional məlumat bazası təqdim etməyib. Məlumatların məhdudluğu səbəbindən hansı reklamın kim tərəfindən maliyyələşdirildiyi və hansı istifadəçi qruplarının hədəf alındığı qeyri-müəyyən qalır.
Qeyd edək ki, Avropa Komissiyası “TikTok”a qarşı ötən il Rumıniyada keçirilən prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması, eləcə də azyaşlıların platformada zorakı və asılılıq yaradan məzmunlardan qorunması ilə bağlı paralel araşdırmalar aparır. Bu ittihamlar təsdiqini taparsa, “TikTok”a qarşı ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə