Avropa narahatdır: Növbəti əməliyyat adada olacaq?

Amerikanın Qrenlandiya üzərində nəzarəti alyansın təməlini sarsıda bilərdi. Qrenlandiya məsələsi uzun müddətdir NATO daxilində susdurulur və rəsmi forumlarda qaldırılmayıb. Lakin indi vəziyyət kəskinləşib, çünki ABŞ özü təzyiq təşəbbüskarıdır.

Axar.az xəbər verir ki, bunu danimarkalı tədqiqatçı Maqnus Kristianson deyib.

Bildirilib ki, Danimarka artıq əməkdaşlığa və investisiyalara açıqdır, ABŞ-ın mövqeyində ziddiyyətlər isə inamsızlığı yalnız artırır. Vaşinqtonun Latın Amerikasındakı hərəkətləri də daxil olmaqla, digər xarici siyasət addımları da Avropada əlavə həyəcan doğurur.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.