Avropada ilk dəfə: COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürülüb
12:24 24.05.2020
Dünya
594
Avstriya həkimləri Avropada ilk dəfə COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüblər.
Vyana Ümumi Xəstəxanasında aparılan transplantasiya əməliyyatı uğurla başa çatıb. Xəstəxanadan bildirilib ki, COVID-19 xəstəliyinə tutulmuş xəstənin müalicəsi heç bir nəticə vermədikdən sonra, həkimlər transplantasiya əməliyyatına qərar veriblər.
45 yaşlı xəstənin sağalması üçün bütün ümidlərini itirən həkimlər onun süni tənəffüs aparatının köməyi ilə cəmi bir neçə gün yaşaya biləcəyini düşünüblər. Xəstənin fiziki göstəricilərinə uyğun donor ağciyərlərinin gözlənilmədən xəstəxanaya qəbul edilməsindən sonra cərrah heyəti xəstənin ailə üzvlərinə son şans olaraq riskli əməliyyatı təklif ediblər.
Mayın 18-də baş tutan əməliyyatdan sonra xəstənin vəziyyəti artıq sabitləşib. Koronavirus infeksiyasına yoluxmazdan əvvəl heç bir xəstəlikdən əziyyət çəkməyən xəstənin tezliklə sağalacağına ümid edilir. (azərtac)
Qeyd edilməlidir ki, bu əməliyyat Vyana Ümumi Xəstəxanasının Ağciyər Transplantasiyası Mərkəzinin həyata keçirdiyi sayca iki mininci ağciyər köçürülməsi əməliyyatıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya