Avropada koronavirusa qarşı ən çox peyvənd İtaliyada tətbiq olunub
11:41 10.01.2021
Dünya
486
İtaliyada koronavirusa qarşı peyvəndlənən şəxslərin sayı artıq yarım milyon nəfəri ötüb.
Yanvarın 10-dək ölkədə 583 min 50 nəfərə vaksinasiya kampaniyası çərçivəsində peyvənd vurulub. Bununla da İtaliya Avropa İttifaqı ölkələri arasında koronavirusa qarşı ən çox peyvənd tətbiq olunan ölkə olub və ölkənin müxtəlif regionları üzrə paylanmış peyvənd dozalarının 63,5 faizi artıq istifadə edilib.
Ölkənin səhiyyə qurumlarının verdiyi məlumata görə, gündəlik peyvənd hədəfi 70 min nəfərə çatdırılmalıdır və hazırda peyvənd vurulan şəxslərin orta yaş həddi 50-59 arasındadır.
Baş nazir Cüzeppe Konte kampaniyanın ilkin mərhələsindən məmnunluq ifadə edərək, qarşıdakı aylarda mürəkkəb olaraq qalacaq bu vəziyyətin öhdəsindən gəlmək üçün hazırkı tempin qorunub saxlanmasının vacibliyini vurğulayıb. (azərtac)
İtaliyada əhalinin peyvənd kampaniyasında iştiraka təşviq edilməsində Roma Papası Fransisk də mühüm rol oynayıb. O, möminlərə ünvanladığı müraciətlərində kampaniyanı ciddiyə almağa və iştiraka çağırışlar edib. Roma-katolik kilsəsinin rəhbəri yerli telekanallara verdiyi müsahibədə bildirib ki, insanlar aktiv şəkildə peyvənd vurdurmalıdırlar, bu prosesdən yayınmaq onun üçün “intihara bərabər imtina”dır və bu cür addım atanları anlamaq mümkün deyil. 84 yaşlı Papa bildirib ki, növbəti həftə Vatikanda təşkil olunacaq vaksinasiya prosesində iştirak edəcək və koronavirusa qarşı peyvənd vurduracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya