Avropada sığınacaq üçün ən çox müraciət edilən ölkələrin siyahısı dəyişib
Yusif Nəzərli
16:27 06.04.2025
Dünya
381
Almaniya artıq sığınacaqla bağlı müraciətlərin sayına görə Avropa İttifaqında lideri ölkə deyil.
APA-nın xəbərinə görə, bu barədə “Welt am Sonntag” Avropa Komissiyasının miqrasiyaya dair hesabatına əsasən məlumat yayıb.
Hesabata əsasən, 2025-ci ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə Almaniyaya sığınacaq alınması üçün müraciətlərin sayı kəskin azalıb.
Avropa İttifaqında bu sahədə Fransa önə çıxıb, İspaniya ikinci yerdə qərarlaşıb. Almaniya isə artıq üçüncü yerdədir. Bu il yanvarın 1-dən martın 31-dək Fransaya sığınacaq alınması üçün 40 871, İspaniyaya 39 318, Almaniyaya 37 387 müraciət olub.
Bu siyahıda sonuncu yerdə sərt miqrasiya siyasəti yürüdən Slovakiya (37 müraciət) və Macarıstan (22 müraciət) yer alıb.
Fransada sığınacaq alınması üçün ən çox müraciət edən ukraynalılardır. Bu ilin birinci rübündə Almaniyada sığınacaq almaq istəyənlər sırasında isə Suriya (24%), Əfqanıstan (16%) və Türkiyə (11%) vətəndaşları çoxluq təşkil edib.
Ümumilikdə, Avropa ölkələrində sığınacaq almaq istəyənlər sırasında ukraynalılar (+84 faiz), çinlilər (+87 faiz) və hindistanlıların (+56 faiz) müraciətlərində kəskin artım, Suriya, Kolumbiya və Türkiyə vətəndaşlarının sayında isə azalma müşahidə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə