Avropalı liderlər Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etdilər

Avropalı liderlər Ukraynaynanın təhlükəsizliyi, ölkəyə dəstək və yenidənqurma prosesini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Birliyi Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məlumat yayıb.

O, bildirib ki, azad Ukrayna dövlətinin rifahı Avropa Birliyinə üzvlük yolu ilə təmin olunacaq.

"Bu, eyni zamanda mühüm bir təhlükəsizlik zəmanətidir. Üzvlük prosesi yalnız Birliyə daxil olan ölkələr üçün deyil, bütün Avropa üçün fayda gətirir", - deyə Avropa Birliyi Komissiyasının Prezidenti əlavə edib.