Avstriya hökuməti vətəndaşlarını ABŞ-ı tərk etməyə çağırıb
10:06 12.04.2020
Dünya
592
Avstriyanın Federal Xarici İşlər Nazirliyi səyahət xəbərdarlığı edilən ölkələr siyahısını genişləndirib. Nazir Aleksander Şallenberq Avstriya Teleradiosuna (ORF) verdiyi müsahibədə bildirib ki, hazırkı yoluxma artımı halları nəzərə alınaraq ölkə vətəndaşlarına ABŞ və Türkiyəyə səfər etməmək tövsiyə olunur.
AZƏRTAC xəbər verir ki, Avstriya tarixində ilk dəfə olaraq hər iki sadalanan ölkə ilə bağlı səyahət xəbərdarlığı elan edib. Bununla da koronavirus pandemiyası ilə əlaqədar səyahət xəbərdarlığı edilən ölkələrin sayı 26-ya çatıb.
Xarici siyasət idarəsinin rəhbəri ABŞ-da olan avstriyalı turistləri dərhal ABŞ-ı tərk etməyə və hələ də Avropaya mövcud olan aviareyslərdən yararlanmağa çağırıb. Hazırda “Lufthansa", “United", “Swiss", “Delta" və "KLM" avişirkətlərinin ABŞ-dan Avropadakı müxtəlif istiqamətlərə reyslər həyata keçirdiyini diqqətə çatdıran nazir vətəndaşları tələsməyə çağırıb. O qeyd edib ki, bu səfər imkanlarının nə vaxta qədər mümkün olacağını ehtimal etmək mümkün deyil və vəziyyəti nəzərə alaraq tələsmək lazımdır.
Türkiyə ilə kommersiya əsaslı aviareyslərin artıq dayandırıldığını nəzərə çatdıran nazir vətənə dönmək istəyən avstriyalılara Ankarada səfirliklə əlaqə saxlamağı tövsiyə edib. Nazir, həmçinin yaxın günlərdə əlavə ölkələrlə də bağlı səyahət xəbərdarlığı elan olunacağını istisna etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya