Aydın Sezer: Türkiyə Suriyadan çəkilməyək və təsir dairəsini daha da genişləndirəcək
11:02 23.07.2025
Dünya
610
Suriya yeni bir qarşıdurma və qeyri-sabitlik mərhələsinə qədəm qoyur
KİV Suriyada Türkiyə ilə İsrail arasında tampon zonanın yaradıldığına dair iddialar səsləndirir
Suriyada təkcə orduya deyil, polis qüvvələrinin istifadə etdiyi silah və sursatın tədarükü də Türkiyə tərəfindən həyata keçirilir
Suriya rəsmi şəkildə Türkiyədən müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorçularla mübarizə sahəsində yardım istəyib.
Bu barədə "Anadolu" məlumat yayıb.
Türkiyənin Milli Müdafiə Nazirliyindən isə bildirilib ki, bu tələb çərçivəsində Suriyanın müdafiə qabiliyyətini artırmaq məqsədilə təlim, məsləhət və texniki dəstəyin göstərilməsi yönündə işlər davam etdirilir.
Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a bildirib ki, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da "Suriyaya lazım gəldikdə hər cür yardım etməyə hazırıq" demişdi:
"Ondan öncə Milli Müdafiə naziri də eyni fikirləri səsləndirmişdi. Hətta dünən Hakan Fidan bu dəfə də Suriyanı parçalamaq istəyən ölkələrə qarşı lazım gələrsə müdaxilə edəcəklərini bildirdi. Suriyanın Türkiyədən hərbi texnika, silah və sursat istəməsi yeni bir məsələ deyil. Əslində, Şara hökuməti başa gəldiyi gündən bəri bu istiqamətdə göndərişlər davam edir. Hətta təkcə orduya deyil, polis qüvvələrinin istifadə etdiyi silah və sursatın tədarükü də Türkiyə tərəfindən həyata keçirilir. Türkiyənin bu cür yardımları etməsinin daxili siyasət baxımından da bir tərəfi var. Belə ki, iqtisadi baxımdan dərin bir böhran yaşayan Türkiyədə müxalifət və geniş ictimaiyyət hökumətin bu siyasətini "Türkiyə bu vəsaitləri niyə Suriyada xərcləyir, niyə Suriyəyə yardım edir?" sualları ilə tənqid edirlər. Türkiyə bu dəfə də Suriyanın tələbinə müsbət cavab verəcək. Əslində, Türkiyə Suriyada əhəmiyyətli bir ərazini nəzarətində saxlayır. Digər tərəfdən, cənubda İsrail də işğal sahəsini genişləndirməyə çalışır. Fəratın şərqində isə kürdlər ABŞ-ın dəstəyi ilə tamamilə fərqli bir status tələbi ilə çıxış edirlər. Suriyada vətəndaş müharibəsinin sona çatması ilə sülh və sabitliyin bərqərar olacağı düşünülürdü. Lakin Suriya yeni bir qarşıdurma və qeyri-sabitlik mərhələsinə qədəm qoyur".
Siyasətçi deyib ki, İsrail Suriyaya dair mövcud siyasətini davam etdirəcək:
"Hətta KİV Suriyada Türkiyə ilə İsrail arasında tampon zonanın yaradıldığına dair iddialar səsləndirir. Yaxın gələcəkdə Türkiyənin Suriyadan çəkilməyəcəyi və təsir dairəsini daha da genişləndirəcəyi ehtimal olunur. Onsuz da hazırkı Şara hökuməti bir mənada Türkiyənin dəstəyi ilə fəaliyyətini davam etdirir.
Türkiyə ilə Şara hökuməti arasında yaranmış yaxın münasibətlər isə başda İsrail olmaqla Körfəz ölkələrinin də diqqətini cəlb edir və narahatlıq yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm