
Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil -POLİTOLOQ
Yusif Nəzərli
10:53 01.03.2025
Dünya
1144
Bunun üçün isə İrəvan Bakının konstitusiya dəyişikliyi tələbini yerinə yetirməlidir
Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciət edərək Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirdi. Baş nazirin sözlərinə görə, Ermənistanda heç vaxt vətəndaşların Konstitusiyanı özlərinin qəbul etdiyi hissi olmayıb və bunun səbəbi siyasi proseslərlə bağlıdır: "Ermənistan Konstitusiyasının vətəndaşlar tərəfindən qəbul edildiyi hissi yoxdur. Heç kim özünün ona səs verdiyini düşünmür. Sizə məlum olan siyasi səbəblərə görə bu qəbul prosesi baş tutmayıb". Bunun ardınca ölkənin ədliyyə naziri Srbui Qalyan dedi ki, yeni Konstitusiya üzərində iş gedir və proses 2026-cı il seçkilərinə qədər tamamlanmalıdır. Sənəd insan hüquqlarını, sosial-iqtisadi hüquqları, idarəçilik qaydalarını və dövlət orqanlarının rolunu tənzimləyəcək. Onun sözlərinə görə, Avropa İttifaqı ilə yaxınlaşma çərçivəsində artıq 30-dan çox qanun layihəsi uyğunlaşdırılıb və proses davam edəcək.
Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, istər Paşinyanın, istərsə də onun nazirinin etdiyi çıxışda diqqətçəkən məqam onların 2 əsas mətləbin üzərindən keçməsidir. Ekspertin sözlərinə görə, birinci məsələ Azərbaycanın sülh müqaviləsi imzalamaq üçün irəli sürdüyü tələblərdir:

"Rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyə əleyhinə irəli sürülən ərazi iddialarının yazıldığı maddələrin ləğvini tələb edir. Azərbaycanın bu məsələdə tam haqqı çatır. Çünki bu maddələr Ermənistan konstitusiyasında olması gələcək revanşlar üçün hüquqi əsas yaradır. Azərbaycana kosmetik sülh müqaviləsi deyil, qalıcı sülh lazımdır. Bunun üçün isə İrəvan Bakının bu tələbini yerinə yetirməlidir. Ancaq istər "Qarabağ klanı", istərsə də keşiş Baqratın dəstəsi Paşinyanı Azərbaycanın diktəsi ilə konstitusiyanı dəyişməkdə ittiham edirdilər. Şübhəsiz ki, əlavə maddələrin salınmasındakı əsas məsələlərdən biri məhz Bakının tələb etdiyi həmin o maddələrin ermənilərin ana qanunundan çıxarılmasıdır".
Z.Əmralıyev əlavə edib ki, Paşinyanın Konstitusiya referendumundakı ikinci hədəfi isə ölkənin idarəetmə sistemində planlaşdırılan dəyişiklikdir:
"Paşinyan prezident hakimiyyətini gücləndirmək və yenidən ölkəni əvvəlki idarəetmə sisteminə qaytarmaq niyyətindədir. Bir neçə il öncə Armen Sarkisyanın qəfil istefaya göndərilməsindəki əsas səbəb də məhz bu idi. Paşinyan bu cür mühüm dəyişikliklərin Serj Sarkisyanın diktəsi ilə seçilmiş prezidentin dövründə həyata keçirilməsini istəmirdi. Erməni baş nazirin gücləndirilmiş prezident hakimiyyəti yaratmaq istəməsinin əsas səbəbi hələ də "Qarabağ klanı"nın təsir edə bildiyi ordunu baş komandan olaraq tam nəzarəti altına almaq və dövlət bürokratiyasını ən aşağıdan-yuxarıya kimi öz adamları ilə yenidən qurmaqdır. Ermənistan hökuməti konstitusiyaya ediləcək dəyişiklikləri Avropa İttifaqına inteqrasiya və daxili hüquqi boşluqlarının tənzimlənməsi kimi təqdim edir. Halbuki, referendumda əsas hədəfin 2 məsələ - Azərbaycanın tələb etdiyi maddələrin əsas qanundan çıxarılması və Paşinyanın xeyrinə dövlət idarəetməsində dəyişikliklərlə bağlı olduğu aydın məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya