Bağdad və Ərbil Türkiyə limanı vasitəsilə neft ixracına dair sazişi uzadıblar

Bağdad və Ərbil İraq Kürdüstan muxtar rölgəsindən Türkiyənin Ceyhan limanına boru kəməri ilə neft ixracına dair sazişi daha üç ay uzadıblar.

"Report"un məlumatına görə, bu barədə İraqın Neft Marketinq Şirkətinin (SOMO) direktoru Əli Nizar "Rudaw" telekanalına bildirib.

Onun sözlərinə görə, mərkəzi hökumət, Kürdüstan Muxtar Bölgəsinin rəhbərliyi və neft şirkətləri sazişi 31 mart 2026-cı ilə qədər uzatmaq barədə razılığa gəliblər.

Sentyabrın 27-də İraq Kürdüstanındakı yataqlarda hasil edilən ilk neft partiyası iki ildən çox fasilədən sonra boru kəməri ilə Ceyhana çatıb. Xam neft ixracının bərpası Ərəb Respublikasının mərkəzi hökuməti, Ərbil hakimiyyəti və neft şirkətləri arasında 25 sentyabrda imzalanan saziş sayəsində mümkün olub.