Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.
Fransa xarici işlər naziri vurğulayıb ki, sərhədlərin açılması hər iki dövlətin suverenliyi çərçivəsində regional təsirin gücləndirilməsi, regionun çiçəklənməsi və hər kəsin rifahı üçün son dərəcə vacibdir.