"Barselona" klubu baş məşqçisiz qalmaq riski ilə üz-üzədir.
Oxu.Az "Marca" qəzetinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Hans-Diter Flik cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edə bilər.
Mənbə qeyd edir ki, bu, Xuan Laportanın Kataloniya təmsilçisinin prezidenti postunda qalmayacağı təqdirdə baş verəcək. Kluba prezident seçkisi martın 15-nə planlaşdırılıb.
Almaniyalı mütəxəssis özünü Laporta komandasının bir hissəsi hesab edir və yalnız onun yenidən seçiləcəyi təqdirdə işini davam etdirməyə razıdır.
Flik 2024-cü ilin yayından Kataloniya kollektivinin baş məşqçisi postunu tutur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda bitir.