Bayden Kremlə qarşı daha sərt addımlar atacaq
Turan
08:35 16.02.2021
Dünya
659
“Çünki Moskva özünü həm aqressor, həm də qeyri-demokratik ölkə kimi aparır”
Co Baydenin dövründə Amerika və Rusiyanın mövcud problemlərlə bağlı razılığa gəlməsi çətindir. Bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov Amerika ilə münasibətlərdən danışarkən deyib. Lavrov bildirib ki, hər şeyə rəğmən, dialoqu davam etdirmək lazımdır. XİN başçısı ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: “Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var. Bəli, bu problemlərin bir çoxu barədə çətin ki, razılığa gələk. Lakin məlumdur ki, strateji sabitliklə bağlı dialoqu davam etdirməyin vacibliyi qaçılmazdır”.
İki ölkənin münasibəti ilə bağlı “Şərq”ə danışan politoloq Azər Qasımov deyib ki, ABŞ Prezidenti Co Baydenin Rusiyaya qarşı daha sərt siyasət yürüdəcəyi seçki kampaniyası dövründən bəlli idi. Analitikin sözlərinə görə, bu, demokratların Rusiyaya olan ənənəvi siyasətidir və bunun üçün əllərində kifayət qədər əsaslar var:
“Trampın əvvəlki seçki kampaniyasına Rusiyanın müdaxilə etməsi ilə bağlı ittihamlar hələ səngiməyib. Ümumiyyətlə, ABŞ və Rusiya dünyanın hegemon dövlətləri kimi hər zaman gərgin əlaqələrə malik olublar. Xüsusən, Rusiyanın özünü SSRİ-nin varisi sayması Qərb ölkəsi ilə münasibətləri gərgin saxlayıb. Bu gərginlik açıq və gizli formada daima davam edir.
Tərəflər zaman-zaman problemləri həll etmək üçün bir araya gəliblər. Hətta bir neçə görüş Bakıda keçirilib. Lakin nəticələr müsbət olmayıb. Çünki tərəflər arasındakı gərginliyin səbəbləri müxtəlifdir. Burada tarixi ənənələr və demokratik cəmiyyət ideyalarından tutmuş siyasi kursa qədər fərqli səbəblər rol oynayır.
Demokratların nümayəndəsi Co Bayden neoqloballaşma ideyalarının daşıyıcıları kimi Amerika demokratiyasını iqtisadi və hərbi gücün hesabına rəqib ölkələrin cəmiyyətlərində yaymaq niyyəti güdür. Bu, Amerikanın maraqlarını bütün dünyaya yaymağa hesablanmış “siyasi doktrinadır”. O baxımdan Baydenin Moskvaya qarşı daha sərt addımlar atacağı gözləniləndir. Çünki Moskva özünü həm aqressor, həm də qeyri-demokratik ölkə kimi aparır”.
A.Qasımov hesab edir ki, ABŞ-Rusiya qarşıdurmasının Cənubi Qafqazdakı proseslərə təsir göstərib-göstərməyəcəyi Ermənistanın rolundan asılıdır:
“Qərbpərəst Paşinyanın hakimiyyətdə qalması bunu şərtləndirəcək. Müharibədən sonra Ermənistanın müharibədən sonra daha qətiyyətli qərbyönlü siyasət yürüdəcəyi fikrindəyəm. Ancaq Amerika-Rusiya gərginliyinin Azərbaycan üçün hansısa problem yaradacağı fikrində deyiləm. Azərbaycan formalaşmaqda olan yeni siyasi güc mərkəzinin vacib halqasıdır və regionda stabillik, iqtisadi əlaqələr, enerji daşıyıcıları, kommunikasiya və tranzit məsələsi kimi vacib faktorlara öz töhfəsini verə biləcək ölkədir. Bu baxımdan Azərbaycanın stabilliyi hər kəs üçün vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya