Bayden müharibə tərəfdarı deyil, amma...
21:32 05.02.2021
Dünya
704
İrana qarşı daxili sosial və siyasi etirazlardan istifadə edəcək
ABŞ-la İran arasında nüvə anlaşması ilə bağlı oyun artıq başlayıb. Ötən həftə ABŞ tərəfindən Orta Şərq hava məkanında bir amerikan döyüş təyyarəsinin 36 saat ərzində boy göstərməsi üçün bölgəyə Luizianadakı hava bazasından nüvə silahı daşıya bilən B52 bombardman təyyarəsi göndərildi.
Təbii ki, ABŞ Prezidenti Co Baydenin bu sərt başlanğıcı İran hökuməti üçün soyuq duş effektini yaratdı. Co Baydenin bu əməli regionda yeni müharibənin olub-olmayacağına dair suallar doğurmaqdadır.
Suallarımızı cavablandıran politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, regionda belə bir potensial təhlükə mövcuddur. Politoloq hesab edir ki, əslində bu münasibətlər daha çox əsəb informasiya savaşı kontekstində gedir:
"Düşünürəm ki, kimin əsəbləri sona qədər davam gətirəcəksə, nəticə etibarilə həmin ölkə anlaşmada qazanacaq. Çünki fikir verirsinizsə, İranın çox təzyiq mexanizmi uranın daha çox zənginləşdirilməsi ilə bağlıdır. Yəni 20 faiz uranın zənginləşdirilməsi gələcək perspektivdə İrana nüvə silahının əldə edilməsini təmin edəcək. Bu da əlbəttə ki, Amerika Birləşmiş Ştatlarını və onun Yaxın Şərqdəki strateji mütəffiqi İsraili ciddi mənada təhdid edir, təhlükə yaradır. Ona görə İran da bu təzyiq yolunu seçib. Amerika Birləşmiş Ştatları müəyyən mənada bir növ hərbi variantın masada olduğunu bəyan edir. Bununla yanaşı, İrana yenidən daha kəskin sanksiyaların tətbiq olunması kimi təzyiqləri düşünür".
Politoloq diqqətə çatdırıb ki, hər bir halda bu məsələdə müharibədən çəkinmək mümkün olacaq:
"Hesab edirəm ki, nəticə etibarilə sonda konkret anlaşma əldə olunacaq. Çünki Amerika Birləşmiş Ştatları düşünmürəm ki, müharibə tərəfdarıdır. Xüsusilə də, Bayden hakimiyyəti Obama hakimiyyətinin davamı kimi konkret, birbaşa hansısa savaşlarda iştirak etmək kimi siyasəti müdafiə etmir. Doğrudur, Bayden yenidən ABŞ-ın dünyada hegemoniyasını təmin etmək siyasətinə başlayıb. Ancaq bunu konkret təzyiqlər, o cümlədən həmin ölkələrdə rəngli inqilablara sövq etməklə əldə etməyə çalışır. Ona görə də fikrimcə, ola bilsin ki, İranda yenidən hakimiyyətə qarşı sosial və siyasi etirazlar başladıla bilər. Bu kontekstdə İranı müəyyən mənada çökdürməklə, ABŞ istədiklərinə nail ola bilər. Amma hər bir halda düşünürəm ki, bu proses uzun çəkməyəcək.
Çünki Amerika Birləşmiş Ştatları narahatdır ki, artıq uranın yüksək səviyyədə zənginləşdirilməsindən sonra İran nüvə silahı əldə etməsinə çox yaxınlaşır. Bu da əlbəttə ki, ABŞ-ı çox narahat edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil