Baydendən Suriyadakı gedişata reaksiya

ABŞ Prezidenti Co Bayden Suriyadakı hadisələrin gedişatını izləyir.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett X hesabında yazıb.

O bildirib ki, Bayden tərəfdaşlarla daim təmasdadır.

Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb. Müxalif liderlər isə canlı yayımda rejimin bitdiyini elan ediblər.