Baydenin yeni planı açıqlanacaq
20:31 03.02.2021
Dünya
717
ABŞ Türkiyəsiz Suriyada uğur qazana bilməz
Vaşinqtonda yeni prezident Co Baydenin Suriya məsələsilə ilə bağlı yeni və yaradıcı bir yanaşma formalaşdıracağına inanırlar. Lakin ABŞ paytaxtında Prezidentin yeni yanaşmasının necə qarşılanacağına və onu qane edəcək bir Suriya planı təqdim ediləcəyinə şübhə ilə baxılır. Bu günləri bir çoxlarını düşünüdürən məqam ABŞ-ın yeni Suriya planı ilə bağlı ortaq qərarın əldə edib-edilməyəcəyidir. Qeyd edək ki, Bayden, Suriyada Obama və Tramp administrasiyaları tərəfindən həyata keçirilmiş siyasətləri çox bəyənməsə də, həmin siyasətlərin bölgədəki tətbiqedicisi, hətta planlaşdırıcısı mövqeyində olan CENTCOM komandirlərinin Pentaqon iyerarxiyası daxilindəki gücləri davam etməkdədir.
Tramp hakimiyyətdən getmədən öncə, son anda bu CENTCOM-un səlahiyyət zonasına İsraili də daxil edərək, bölgədə YPG ilə əməkdaşlıq içində çalışan bu qurumun əlinə daha bir güc vermiş olub. Bu səbəblə, yeni müdafiə nazirinin içindən gəldiyi bu CENTCOM əngəlini aşaraq yeni Suriya siyasəti formalaşdırmağı bacara bilməsi hazırda elə də asan görünmür.
Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü "Şərq"ə açıqlamasında deyib ki, ABŞ-ın yeni administrasiyasının Suriya ilə bağlı hansı addımları atacağı hazırda elə Amerikanın özündə də ciddi müzakirə olunur. Çünki ABŞ-da hesab edirlər ki, həm Obama, həm də Tramp dövründə ABŞ-ın Suriya siyasəti doğru olmayıb:
"Nəticədə, bölgədə ABŞ-ın maraqlarına ciddi zərbə dəyib. Bu səbəbdən də gözlənilir ki, Bayden komandasının tam formalaşdırdıqdan sonra Suriya ilə bağlı yeni plan qəbul edəcək. Bu işdə əsas yük də yeni dövlət katibi Antoni Blinken və yeni Müdafiə naziri Ostinin üzərinə düşəcək. Blinken kifayət qədər təcrübəli və hazırlıqlı diplomatdır. Pentaqonun rəhbəri - Müdafiə naziri Ostin isə əvvəllər İraqda, Suriyada işləyib, bölgəni, oradakı qruplaşmaları çox yaxşı bilir".
E.Şükürlü diqqətə çatdırıb ki, Türkiyəsiz ABŞ Suriyada uğur qazana bilməz:
"Trampdan fərqli olaraq, Baydenin imkanı var ki, Suriya ilə bağlı dövlət qurumlarının hamısının birgə qəbul etdiyi bir ortaq Suriya planı hazırlasın. Və həmin plan həyata keçirilsin. Ancaq bunun üçün Suriyadakı proseslərə ciddi təsir imkanlarına sahib Türkiyə, Rusiya və İranla ABŞ-ın münasibətlərini necə quracağı da dəqiqləşdirilməlidir. Bu üçlük sırasında da Türkiyə ilə münasibətlərin bundan sonra necə qurulacağı ABŞ üçün çox önəmlidir. Türkiyəsiz ABŞ Suriyada uğur qazana bilməz. Sabah – fevralın 4-də Baydenin xarici siyasətlə bağlı nitqi gözlənilir, əsas istiqamətlər, yəqin ki, orda əksini tapacaq. Ardınca fevralın 16-17-də də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçiriləcək. Yalnız bundan sonra demək olar ki, ABŞ-ın yeni Suriya planında nələrə üstünlük veriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil