Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına icazə verməyəcək .
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
"BƏƏ öz ərazisindən İrana qarşı hərbi əməliyyat üçün istifadəyə icazə verməyəcəyinə dair öhdəliyini bir daha təsdiqləyir" - bəyanatda bildirilir.
Yanvarın 23-də ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin hər ehtimala qarşı İrana doğru hərəkət etdiyini açıqlayıb. "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ liderinin İrana qarşı hərbi gücdən istifadədə israrlı olduğunu qeyd edib.