Belarusda islahat ! - “Lukaşenko dəyişikliklər etməyə məcburdur” – Xalqla hesablaşmaldır !
Fidan Həmişəyeva
13:59 04.09.2020
Dünya
793
Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət orqanlarında kadr islahatı aparıb. O, Təhlükəsizlik Şurasına (TŞ) yeni dövlət katibi və Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) yeni rəhbər təyin edib.
Məlumdur ki, Lukaşenkonun yenidən prezident seçilməsi Belarusda etirazlara səbəb oldu. Davamlı aksiyalar keçirildi, yüzlərlə insan küçələrə axın etdi. Gərgin hadisələrdən sonra Belarusda dərin islahatların olub-olmamasına dair suallar meydana çıxır.
Maraqlıdır, Lukaşenkonun kadr islahatı sadəcə bir “közə kül üfürmə” ola bilərmi?
Prosesləri “Sherg.az”a şərh edən politoloq Əhəd Məmmədli Lukaşenkonun bu addımının blef olduğunu düşünmür.
Analitikin sözlərinə görə, Belarusdakı aksiyaların nə ilə nəticələnəcəyi hələ bilinmir:
“Lukaşenko prezidentliyini qoruyub saxlasa belə, heç nə əvvəlki kimi olmayacaq. Çünki onun hakimiyyətində ciddi dəyişikliklər olmalıdır. Lukaşenko bu dəyişiklikləri etməklə həm də kütləni sakitləşdirər.
İnsanlara deyə bilər ki, ciddi islahatlar aparılacaq və xalqın istəyi nəzərə alınacaq”.
Lukaşenkonun kadr islahatlarına davam edəcəyini deyən Ə.Məmmədli Belarusda ciddi hadisələrin cərəyan etdiyini vurğulayıb:
“Düzdür, həmişə Lukaşenkonun hakimiyyətdə qalmağından yana olmuşam. Çünki etiraz edən kütlənin çoxluğu heç də düzgün deyil. Amma xalq nəyisə istəmirsə, Lukaşenko hansısa dəyişikliklər etməyə məcburdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm