Belçikada təcrid rejimi mayın 3-dək uzadılıb
16:19 16.04.2020
Dünya
704
Belçika Milli Təhlükəsizlik Şurası çərşənbə günü təcrid rejimini mayın 3-dək uzadıb və ölkə artıq koronavirusa görə tətbiq edilmiş məhdudiyyətlərin mərhələli şəkildə ləğvinə hazırlaşır. Bu barədə Brüsseldə mətbuat konfransında Krallığın Baş Naziri Sofi Vilmes məlumat verib.
AZƏRTAC "RİA Novostı" agentliyinə istinadla xəbər verir ki, Baş Nazir virusun yayılma sürətinin aşağı düşməsinə baxmayaraq, böhranın hələ də başa çatmadığını vurğulayıb. “Bu sahədə ümumi səylərimizi davam etdirməyimiz lazımdır. Təhlükəsizlik Şurası bu səbəbdən belə bir qərar qəbul edib”, - deyə baş nazir bildirib.
O daha sonra əlavə edib ki, vəziyyət dəyişməkdə davam edir, amma virusa nə vaxt qalib gələcəyimizi hələ heç kim deyə bilmir.
Buna baxmayaraq, Belçika hökuməti artıq gələn həftədən, may ayında başlanması nəzərdə tutulan, izolyasiya rejimindən çıxmağa dair tədbirləri müzakirə etməyi planlaşdırır. Növbəti həftədə Təhlükəsizlik Şurası izolyasiya rejimindən çıxmaqla bağlı tədbirləri müzakirə edəcək.
Ötən gün ərzində Belçikada koronavirusdan 283 ölüm hadisəsi qeydə alınıb və ümumilikdə ölkədə 4440 nəfər vəfat edib.
Əhalisi 11 milyon nəfər olan Belçika üçün koronavirusdan 4440 ölüm hadisəsinin qeydə alınması böyük rəqəmdir. Qonşu Almaniyada virusa yoluxub sağalanlarla ölənlələrin nisbəti daha yaxşıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya