Belçikanın müdafiə naziri Teo Franken ölkənin müdafiə siyasətində dəyişikliklər elan edərək gələcəyin müharibəsinə hazırlaşmağa çağırıb. Lakin o, eyni zamanda, belə bir müharibənin heç vaxt baş verməyəcəyinə ümid etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" səhifəsində yazıb.
"2025-ci il müdafiədə dəyişiklik ili oldu. Silahlı qüvvələrimizin onilliklər boyu çətinlik çəkməsindən sonra dönüş nöqtəsinə çatdıq. Yalnız bu il hər kəs ölkəmizin fəxr edə biləcəyi bir müdafiə qabiliyyətinə nail olacağını anladı. Sizi əmin edirəm ki, silahlı qüvvələrimiz əvvəlki müharibələrdəki imkanlardan əhəmiyyətli dərəcədə fərqli imkanlara sahib olacaq.
Qoşunlarımız texnologiya, kibernetika və innovasiya ilə idarə olunan yüksək və sürətli arsenalı ilə gələcəyin müharibəsində qalib gəlməyə hazır olacaq. Lakin ümid edirəm ki, bu müharibə heç vaxt baş verməyəcək", - Franken sosial mediada yazıb.