Berlin Senatı bir neçə rayonda elektrik enerjisinin kəsilməsi fonunda şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Berlin Senatının Daxili İşlər və İdman İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, qərar senator İris Şpranger tərəfindən qəbul edilib. Fövqəladə vəziyyət rejimi nəticələrin aradan qaldırılması üçün Bundesverin, federal polisin və humanitar təşkilatların operativ şəkildə cəlb olunmasına imkan verir.
Xatırladaq ki, daha əvvəl Berlində kabel körpüsündə baş verən yanğın səbəbindən təxminən 50 min təsərrüfat elektrik enerjisiz qalmışdı.