Berlində radikal sağa qarşı mitinqdə 160 min nəfər iştirak edib
Yusif Nəzərli
21:49 02.02.2025
Dünya
319
Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) və onunla əməkdaşlığa qarşı etiraz aksiyaları bazar günü də davam edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, mitinqlərin ən böyüyü Berlində təşkil olunub. Təxminən 160 min nəfərin qatıldığı mitinqdə “yanğın divarı” olaraq adlandırılan, digər partiyaların AfD ilə heç bir əməkdaşlığa getməməsi barədə siyasətin davam etdirilməsi tələb olunub.
Mitinqdə hazırladığı qanun layihəsinin parlamentdə qəbul olunması üçün AfD ilə əməkdaşlıqdan imtina etməyən Xristian Demokratlar İttifaqına (CDU) və onun lideri, Xristian Birlik partiyalarının Kansler vəzifəsinə namizədi Fridrix Mertsə qarşı etirazlar səsləndirilib. Bir neçə gün əvvəl CDU-dan istefa verən publisist Mişel Fridman mitinqdəki çıxışında AfD-ni “nifrət partiyası” adlandırıb. O, CDU/CSU-nun miqrasiya siyasətinin sərtləşdirilməsinə dair qanunun qəbulu üçün AfD ilə birlikdə səs verməsini bağışlanmaz səhv kimi dəyərləndirib.
Berlinlə yanaşı, Potsdam şəhərində də etiraz aksiyası təşkil olunub.
Qeyd edək ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu. Birliyin yanvarın 31-də parlamentdə səsə qoyulan qanun layihəsi isə AfD-nin və digər partiyaların dəstəyinə baxmayaraq, qəbul olunmasa da, ölkədə etirazlar davam etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya