
Bəşər Əsəd ortaq düşməndir: Fidan və Blinken danışıqlarında 3 əsas tezis önə çıxır
Yusif Nəzərli
23:03 12.12.2024
Dünya
358
“Birincisi, tərəflərin uzlaşması çətin görünür. İkincisi, Türkiyənin PKK-ya qarşı əməliyyatlara başlaması istisna deyil”
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken arasında dekabrın 13-də görüş olacağı gözlənilir. Suriyada Bəşər Əsədin devrilməsi fonunda bu görüş diqqət çəkir. Aydın məsələdir ki, tərəflər arasında əsas müzakirə mövzusu Suriyadakı son proseslər olacaq. Türkiyənin Suriyanın şimalında PKK-ya bağlı qüvvələrin mövcudluğuna son qoymaq üçün xəbərdarlıq edəcəyi, əks halda, əməliyyata başlayacağı gözlənilir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Bəşər Əsəd ABŞ, Türkiyə, İsrailin ortaq düşməni idi. Əsədin devrilməsindən sonra üç ölkənin qarşı-qarşıya gələcəyi bəlli idi. Ekspert vurğulayıb ki, xüsusilə Ankara ABŞ və İsrailin ortaq planı olan regionda ikinci bir kürd subyektinin yaranmasını birmənalı qəbul etmir:

"Buna görə də H.Fidan A.Blinkenə son söz kimi “Ya siz bununla məşğul olursunuz, ya da biz nə lazımdırsa edəcəyik” deyəcək. Türkiyə və ABŞ əvvəllər də Suriyada kürd məsələsində üzə-üzə gəlib. Lakin dövrün şərtlərinə uyğun olaraq Türkiyə ABŞ ilə gərginliyi ya uzatmayıb, ya da Suriyada nüfuz bölgüsünə razı olub. Lakin hazırda vəziyyət fərqlidir. Ankaranın konkret tələb irəli sürməsinin üç əsas səbəbi var. ABŞ YPG-nin dövlətləşmə prosesini böyük ölçüdə tamamlayıb. Suriyanın hazırda parçalanmaya münasib olması da bu prosesi riskli edir. Digər tərəfdən, İsrail də bunu istəyir. ABŞ-nin başı daxili işlərinə qarışıb. Bayden dönəminin bitməsi, Trampın hakimiyyətə gəlişi kimi məsələlər hələ bir müddət davam edəcək. Yəni ABŞ-nin tezliklə Suriyaya diqqət ayırması real görünmür".
Analitikə görə, Türkiyə Suriyada mərkəzi hakimiyyətin qurulmasını, həmçinin Ankara ilə normal münasibətlərə malik Suriya arzulayır:
"Yəni bu ölkənin parçalanması, ya da ABŞ ilə İsrailin arzuladığı tərzdə federallaşmasını qəbul etmir.
Bütün bunlara baxmayaraq, ABŞ-nin Türkiyənin təklifini qəbul etməsi çətin məsələdir. Çünki Vaşinqton illərdir Rojava kürdlərinə dəstək verir, külli miqdarda vəsait sərf edir. Digər tərəfdən, İsrail də bu məsələdə ABŞ-nin geri addım atmasını istəmir. Hətta mümkündür ki, İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri zamanı regionda bir kürd dövlətinin yaranmasına dair məsələ həm Bayden, həm də Trampla müzakirə edilib. Ümumiyyətlə, Trampın qələbəsində İsrail faktoru böyük rol oynayır. Lakin onu qarşıda çox ciddi və çətin siyasi proseslər gözləyir.
O ki qaldı Hakan Fidan və Antoni Blinken arasında baş tutacaq danışığa, burada 3 əsas tezis önə çıxır. Birincisi, tərəflərin uzlaşması çətin görünür. İkincisi, Türkiyənin PKK-ya qarşı əməliyyatlara başlaması istisna deyil. Üçüncüsü isə ABŞ Tramp hakimiyyətə gələnə qədər Türkiyənin başını qatmağa çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya