"Beşiktaş" Mərt Günokla yollarını ayırdı

Türkiyənin "Beşiktaş" klubu qapıçısı Mərt Günokla yollarını ayırıb.

Axar.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

Qeyd edək ki, M. Günok 2021/2022 mövsümündən "Beşiktaş"ın formasını geyinib. O, komanda ilə Türkiyə Kubokunun və Superkubokunun qalibi olub.